Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Könül Əzizova fotokamera qarşısına keçib.
Oxu.Az-a açıqlama verən model bildirib ki, payız mövsümündə ilk fotosessiyasını həyata keçirib:
“Yeni fotosessiyamla fərqlilik etmək istədim. İdeya mənə və dizayner Gülşən Tağıya məxsusdur. Düşünürəm ki, fotolar çox gözəl alınıb”.
Fotoların müəllifi Samir Atabəydir.
Qeyd edək ki, K.Əzizova modelliklə yanaşı, aktrisa kimi Türkiyənin TRT telakanalında yayımlanan “Beni böylə sev” serialında da rol alıb.
Aytən Sadıqzadə
www.oxu.az