Azərbaycanlı fotoqraf Vidadi Mustafazadə öz Facebook səhifəsində uzun müddət susduqdan sonra yeni “Qayalar, çimərlik və qız” adlı fotosessiyasını təqdim edib.
Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, istedadlı fotoqrafın yeni işinin ulduzu – azərbaycanlı model Alyona Zaxarovadır.
Fotosessiyanın adından da göründüyü kimi, Alyona Xəzər çimərliklərindən birində qayalar arasında gəzişir. Fotoqrafın üslubu contrast və cürətli obrazlarla seçilir.
Alyonanın obrazları üzərində stilist Aynur Əzizova işləyib.
Vidadinin digər işləri ilə onun Instagram @vidadi_photography bloqunda tanış ola bilərsiniz.