Müğənni Aysel Əlizadə “Porsche” markalı avtomobili ilə qəzaya düşüb.
Oxu.Az xəbər verir ki, eyni istiqamətdə hərəkət edən avtomobil qaydaları pozaraq müğənninin və digər vətəndaşın avtomobilini vurub.
Həkim müayinəsinə ehtiyacı olmadığını bildirən sənətçi deyib ki, bir ay maşınsız qalmalı olacaq:
“Avtomobil elə vəziyyətdədir ki, 1 ay təmir olunmalıdır. Hadisəni törədən şəxs ziyanı ödəyəcək. Səbail rayon Polis İdarəsində cinayət işi başlayıb, araşdırma aparılır”.
Qeyd edək ki, müğənninin idarə etdiyi "Porsche gts” markalı avtomobilin qiyməti 130 min manatdır.