Rusiyada musiqi fəaliyyəti ilə məşğul olan azərbaycanlı ifaçı Elman Zeynalov koreyalı model və iş xanımı Marqarita Soyla ailə həyatı qurduqdan sonra bal ayına yollanıb.
Oxu.Az xəbər verir ki, aşiqlər istirahətin dadını çıxarmaq üçün dəbdəbəli Bali adasına gediblər.
Elman arvadı ilə lentə alınan videogörüntülərini şəxsi “Instagram” hesabında bölüşüb.
Görüntülərdə Marqaritanı dodağından öpən Elman onunla birlikdə ləçək dolu hovuza tullanıb. O, “Həyat yoldaşım olmaq üçün çox gözəlsən, amma mən şanslıyam” sözlərini yazıb.
Посмотреть эту публикацию в InstagramТы слишком красивая, чтобы быть моей женой 😍 Но мне повезло 😘
Qeyd edək ki, “Yeni Ulduz Fabriki” musiqi layihəsinin finalçısı, Sumqayıtda boya-başa çatan Elman Zeynalov Moskvadakı vitrin salonlarının sahibi Marqarita Soyla evlənib."Sumqayıt şəhəri" teqi üzrə xəbərlər
- Sumqayıtda dəhşətli hadisə: 12 uşaq antibiotikdən zəhərlənib - İddia
- Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı, məktəbli saxlanıldı
- Qayınatasını yumruq zərbəsi ilə öldürən şəxsin cəzası dəyişdirilmədi
- Avtomobil gətirmək adı ilə 385 minlik dələduzluq etdi
- "Azərsun Holdinq" Təmizlik Kağızları Fabrikinə mediatur təşkil edib
Digər xəbərlər