Son zamanlar gündəmi prodüser qalmaqalları ilə zəbt edən müğənnilər sırasına Elçin Cəfərov da qoşuldu.
Gənc müğənni prodüseri ilə yollarını ayırdı.
Oxu.Az xəbər verir ki, hazırda müğənnin yeni prodüseri onun bir neçə bəstəsinə söz yazan tanınmış radio və teleaparıcı Azər Şirindir.
Qeyd edək ki, Cəfərovun keçmiş prodüseri “Bozbash Pictures”dən hamının “Fəlakət” obrazı ilə tanıdığı Elşən Orucov idi.
Nəzərinizə çatdıraq ki, onlar neçə illərin dostu idilər.
Aytən Sadıqzadə
www.oxu.az