Məşhur axtarış şirkəti Rusiyada populyarlıq qazanan əslən azərbaycanlı müğənninin iştirakı ilə yeni reklam çarxını təqdim edib.
Oxu.Az xəbər verir ki, Jony ləqəbi ilə Rusiyada məşhurlaşan (Cahid Hüseynli) “Google Russia” reklam kampaniyasının siması olub.
Video şirkətin rəsmi “YouTube” səhifəsində yerləşdirilib.
Təqdimat videosu “Google”da məşhurlar haqqında məlumatı tapmağın asan olduğunu nümayiş etdirmək üçün çəkilib. Nümunə olaraq isə Jony göstərilib.
Rəşad Əliyev