Rusiyada musiqi fəaliyyəti ilə məşğul olan azərbaycanlı ifaçı Elman Zeynalov uzun müddət tanış olduğu koreyalı model Margarita Tsoy ilə münasibətlərini rəsmiləşdirmək qərarına gəlib.
Oxu.Az xəbər verir ki, “Yeni Ulduz Fabriki” musiqi layihəsinin finalçısı, Sumqayıtda boya-başa çatan Elman Moskvadakı vitrin salonlarının sahibi Margarita ilə evlənib.
Посмотреть эту публикацию в InstagramMüğənni toydan olan fotolarını şəxsi “Instagram” hesabında paylaşıb. Cütlük uzun müddət tanış olmalarına baxmayaraq, münasibətlərini gizli saxlayıblar. Münasibətlərini rəsmləşdirdikdən sonra Zeynalov bu xəbəri pərəstişkarları ilə bölüşmək qərarına gəlib. İfaçı olduqca xoşbəxt olduğunu qeyd edib.
Посмотреть эту публикацию в InstagramПосмотреть эту публикацию в InstagramQeyd edək ki, Elman Zeynalov Sumqayıtda anadan olub, sonra ailəsi ilə birgə Rostov-na-Don şəhərinə köçüb. Rusiyanın Muz TV musiqi kanalında yayımlanan “Yeni Ulduz Fabriki” layihəsi ilə bütün Rusiyaya məşhurlaşıb.
O, sözügedən mahnı yarışmasında iştirakı zamanı Rusiyanın pop ulduzları Ani Lorak, Qriqori Leps, Ciqan və digər məşhurlarla duet oxuyub. Hazırda Zeynalov Azərbaycanın Xalq artisti Emin Ağalarovun yaratdığı “Zhara Music”in üzvüdür.
Azərbaycanlı müğənni koreyalı modellə evləndi - FOTO/VİDEORəşad Əliyev
"Sumqayıt şəhəri" teqi üzrə xəbərlər
- Sumqayıtda bədbəxt hadisə: Sürət qatarı iki uşaq atasını vuraraq öldürdü - Video
- Bakı-Sumqayıt yolunda qəza - Video
- Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı - Video
- Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
- Arvadını 11 yaşlı qızının gözü qarşısında 17 bıçaq zərbəsi ilə öldürənə hökm oxundu
Digər xəbərlər