Müğənni Məryəm Şabanova küçədə rastlaşdığı olaydan həddən ziyadə həyəcanlandığını, amma özünü itirməyərək yardıma yollandığını bildirib.
Oxu.Az bildirir ki, M.Şabanova Facebook-dakı profilində yazıb:
“Səhəri mavi buludlarla açdığımda, günümün də bunun qədər qeyri-adi olacağını düşünmürdüm.
Oğlumun ardınca məktəbə vaxtından bir saat tez yollandım ki, maşını yuduzdurmağı və özüm üçün kiçono almağı çatdırım. Bütün bunların öhdəsindən yarım saata gəldikdən sonra maşını məktəbin yaxınlığında park etdim və mobil interneti işə salaraq rəfiqəmlə söhbətə başladım.
Biz adi şeylərdən (məktəb, uşaqlar divar kağızlarından) danışırdıq, və yanımda saxlayan maşına fikir vermədim. Mənə bu dayanacağın heç bir aidiyyatı yox idi. Birdən-birə tükürpərdici qadın qışqırığı eşitdim! Sükan arxasında 30 yaşlı kişi əyləşmişdi, arxa oturacaqda da bir nəfər var idi. İkinci şəxs maşından düşməyə çalışan qızı güclə içəri salmağa çalışırdı. Onun üzü yarıya qədər saçı, yarıya qədər isə həmin şəxsin əli ilə bağlanmışdı. O necəsə əllərindən çıxıb qapını açmışdı, bu, onların dayanmasına səbəb olmuşdu. Sürücü çıxıb qapını çırpdı və yenidən sükan arxasına oturdu, qız isə qışqırmağa davam edirdi.
Onlar yerlərindən tərpənməmiş mən maşını çevirib arxalarınca düşdüm. Dayanmadan siqnalı basırdım! İki kvartal getdikdən sonra önə keçib yollarını kəsdim. O dayanıb, başını maşından çıxarıb “Xanım, narahat olmayın, o dəlidir!” dedi.
Maşını bağlayıb, sanki ölümsüz tək onlara tərəf addımladım.
“Dəliləri dəlixanada müalicə edirlər, maşınlara basıb aparmırlar” deyə qışqırdım. Qız vəziyyətdən istifadə edib özünü maşından atdı, arxa oturacaqda oturan oğlan da onların ardınca, sürücü də, elə mən də.
Şükür, millətimiz laqeyd deyil. Qızın qışqırıqları diqqət çəkdi və oğlanları saxladılar.
Sürücü mənə bu xanımın onun dostunun sevgilisi olduğunu, onların dalaşdığını və bu hadisənin ona heç bir aidiyyatı olmadığını dedi.
Mən isə “kənardan bilirsiz bu necə görünürdü? Sanki siz onu zorlamaq və ya döymək istəyirdiniz”.
Dili topuq vuran oğlan polisə zəng edib-etmədiyimi soruşdu.
Dedim ki, yerliyəm, əgər nəyinsə baş verdiyini eşitsəm, zəng edəcəm. Üzünüzü də bütün küçə gördü. Bax belə...”.
