“ARB” telekanalında yayımlanan “Səhər-səhər” verilişinin qonağı Xalq artisti Nazpəri Dostəliyevanın bacısı, müğənni Zeynəb Dostəliyeva olub.
Oxu.Az xəbər verir ki, Z.Dostəliyeva verilişdə şəxsi həyatı barədə açıqlama verib.
“Qızımın 1 yaşı var idi, mən sevdiyim kişi ilə görüşürdüm. Sonra evləndik. Bu, mənim ikinci evliliyim idi. Birinci nikahım sonadək uğurlu alınmadı. Əmim oğlu idi, istəmirdim onu. 5-ci sinifdə oxuyanda məni nişanladılar. Məktəbdə sevincək konfet paylayırdım uşaqlara. Üzüyü qızlara sevinə-sevinə göstərirdim. 5 il nişanlı qaldım. Əmim oğlu yaxşı insan idi. Amma ağlım kəsəndən sonra anladım ki, mənə qorxub çəkinəcəyim insan lazımdır”, - deyə o bildirib.
A.S.
www.oxu.az