Toy bazarında at oynadan Vasif Məhərrəmli deyəsən bahalı maşınlarla da oynamağı çox sevir.
Oxu.Az ATVxəbər.az-a istinadən xəbər verir ki, “Porsche Cayenne” avtomobili olan müğənni bu yaxınlarda “Range Rover” də alıb.
Özü də bir çox həmkarlarından fərqli olaraq kreditlə yox, nağd pulla.
Bizim məlumata görə Vasif bu çox nadir “havana” rəngində olan maşına 220 000 dollardan çox pul ödəyib. Məhərrəmli özü məbləği açıqlamasa da, yeni “Range Rover” əldə etdiyini və qiymətin çox yüksək olduğunu inkar etmədi.
“Mən belə şeylərlə piar olunmağın qəti əleyhinəyəm” – deyərək müğənni bu barədə danışmaq istəmədiyini bildirib.
Biz isə öz növbəmizdə bildirmək istəyərdik ki, Vasif Məhərrəmli maşını bir aydan artıqdır almağına baxmayaraq, doğrudan da bu barədə nə sosial şəbəkələrdə, nə də müsahibələrində bildirməyib.
E.Ə.
www.oxu.az