Azərbaycanın tanınmış müğənnisi Kərimin avtomobili qəzaya uğrayıb.
Oxu.Az xəbər verir ki, müğənni Facebook səhifəsində qəzaya uğrayan avtomobilinin şəklini paylaşıb.
Kərim qəza zamanı özünün avtomobildə olmadığını vurğulayıb. Maşınını bir neçə saatlıq dostuna verən ifaçı onu bu vəziyyətdə geri alıb:
“Dostlar, maşınımın bu vəziyyəti mənə çox pis təsir edir. Çalışın, heç kimə maşın verməyin. Verib sonra pis olmaqdansa, verməyib pis olun. Görün avtomobilimi nə günə qoydular”.
Qeyd edək ki, ifaçı Lexus ES markalı avtomobilini 30 000 dollara almışdı.
Aytən Sadıqzadə
www.oxu.az