Ukraynanın “İnter” televiziyasında yayımlanan “Рассмеши Комика” proqramında azərbaycanlı oğlan erməni həmkarı ilə birlikdə çıxış edib.
Oxu.Az xəbər verir ki, Şövqi Əhədov adlı həmyerlimiz Araik Manqasaryan adlı erməni ilə “Bozun 50 çaları Qafqazda” adlı səhnə göstəriblər.
Verilişin mahiyyəti isə ondan ibarətdir ki, iştirakçılar jüri üzvlərini 1 dəqiqə içərisində güldürməlidirlər. Onlar bunu bacardıqlarına görə verilişdə yenidən birlikdə çıxış etmək şansı əldə ediblər.