“Adam İçində” verilişində müzakirə zamanı iki rəqqasə arasında söz döyüşü olub.
Oxu.Az anspress.com-a istinadən xəbər verir ki, son günlər Youtube portalında yerləşdirilən video müzakirələrə səbəb olub.
Aşıq Namiqin sazının sədaları altında rəqqasə Aytənin rəqs etməsi bir çoxlarının qınaq obyektinə çevrilib.
Hətta ötən gün ANS televiziyasında yayımlanan “Adam İçində” verilişində müzakirə zamanı iki rəqqasə arasında rəqs deyişməsi deyil, söz döyüşməsi də olub.
Bir çoxları hesab edir ki, milli alət olan sazın sədalarına oriyental rəqsi yaraşmır. Yaraşmaq bir yana, bu cür cütlük sazlı-sözlü aşıqlarımızın imicinə xələl gətirir. Məsələ ilə bağlı ANS telekanalının əməkdaşı dillərdən düşməyən videonun qəhrəmanlarına üz tutub.
Görəsən, onlar bu söz-söhbətlərə nə kimi aydınlıq gətirəcək. Aşıq Namiq saz havasında oriyental rəqsdə heç bir qəbahət görmür. Əksinə, sintezlərin ustası bu dəfə sazla oriyental rəqsini sintez etməklə bunu yenilik adlandırıb.
Rəqqasə Aytən isə Namiqlə qol qoyduqları yeniliyə, hətta çarx çəkdirmək fikrində olduqlarını dedi.