Bu gün tanınmış teleaparıcı Xədicə Sənanqızının ad günüdür.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, o, doğum gününü bu dəfə də ailəsi ilə birlikdə qeyd edəcəyini deyib.
“Məni ilk olaraq hacı Nuran təbrik etdi. Sonra bütün dostlarım və yaxınlarım bu təbriklərə qoşuldular. Ən böyük hədiyyəmi özüm-özümə etmişəm. Yeni yaşımda yeni evə köçmüşəm. Bundan başqa, tezliklə İctimai Televiziyada yayımlanacaq yeni layihənin aparıcılığını edəcəyəm. Artıq anonslar efirə gedib.” - teleaparıcı əlavə edib.