Rusiya istehsalı olan Yeni ilə aid məşhur “Şam ağacları 5. Bizsiz başlamayacaqlar” komediya filminin qapalı təqdimatı keçirilib.
Oxu.Az xəbər verir ki, filmin açıq təqdimatı dekabrın 22-də Moskvada baş tutacaq.
Bir neçə novelladan ibarət olan komediya filminin üzərində tanınmış rejissorlar Timur Bekmambetov, Aleksandr Kott, Vadim Perelman, İndar Cendubayev və Andrey Şavkero çalışıb.
Əvvəlki 4 seriyada olduğu kimi, komediya filminin 5-ci hissəsində də tamaşaçılar sevimli qəhrəmanlarının etdiyi axmaqlıqları və möcüzə nəticəsində hər şeyin düzələcəyinə inandığını izləyəcəklər.
Bu seriyada qəhrəmanlardan birini Sankt-Peterburqda yaşayan azərbaycanlı aktyor İmran Çələbi canlandırır. O, filmdə İvan Urqantın oğlu obrazındadır.
A.S.
www.oxu.az