Azəri Günel TV8-də yayımlanan “İşte benim stilim” dəb yarışmasında iştirak edən azərbaycanlı iştirakçı Sima Şərəffətdinova haqqında müsahibə verib.
Oxu.Az xəbər verir ki, müğənni “Onlar” verilişinə bunları söyləyib:
“O, uşaqdır, 17 yaşı var. Mən onu tanımırdım, mənə verilişdən sonra dedilər ki, Simanı sənə oxşadıblar. Mənə bənzəmək istəmir, amma insan insana oxşayar. Sima orada deməliydi ki, “Hə, ola bilər, o, mənim həmyerlimdir”. Yaşından böyük hərəkətlər edir. Ona bir məsləhətim var. Türklər özündən razı insanları sevmirlər. Özünü bir az ağır aparsın”.
Həminn kadrlara 2.45-dəqiqədən baxa bilərsiniz: