Başını bağladığına görə bir müddətdir medianın diqqətindən kənarda qalan müğənni Niran Ünsal buna görə işinə çox ciddi zərər verdiyini söyləyib.
Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, “Beyaz TV”də Tahir Sarıkayanın təqdim etdiyi “Uyan Türkiyem” proqramına qonaq olan Niran Ünsal başını bağladıqdan sonra nələr yaşadığını dilə gətirib:
“Allahın əmrini yerinə yetirdiyim üçün Türkiyədə mənə qarşı belə bir hiss var: Sən başını bağlamısan, artıq kənara çəkil, bu işi etmə.
Bağışlayın, biz illərlə bu ölkədə bir çox alt paltarlı, yarıçılpaq qadın izləmişik. Mən inancımı yaşayaraq və öz dinimin əmr etdiyi şeyi yerinə yetirərək işimi görməyə çalışıram. Uzaq və yaxın tanışlarım məndən buna görə üz döndərir. Belə axmaq şey olar, bu necə ədalətdir?
Mən oramı- buramı nümayiş etdirərək iş görmürəm. İllər əvvəl də etmirdim, indi də etmirəm. Bu mövzu ilə əlaqədar demək olar ki, heç kimdən dəstək görmürəm”.
Ünsal 10 il ərzində xidmət etdiyi TRT-yə haqqını halal etmədiyini deyib:
“TRT-yə haqqımı halal etmirəm. Anam də etməmişdi. Axmaq səbəblərə görə 9 aydır iki layihəm gözlədilir. Hətta orada rəhbər vəzifədə olan şəxslər “Niran Ünsal niyə orada səhnəyə çıxır?” deyirlər. Sizin mənə bunu söyləməyə nə haqqınız var? 25 insanın məsuliyyəti var üzərimdə. Siz kimsiniz, Allah xatirinə?”.
Aytən Sadıqzadə
www.oxu.az