Məşhur super model Bella Hadid “Jean Paul Gaultier” brendindən yeni hazır geyim kolleksiyasının reklam kampaniyasında su pərisinə çevrilib.
Bu barədə moda evi “Instagram”da məlumat yayıb.
Посмотреть эту публикацию в InstagramMəlumata görə, Bella dəniz mövzusunu reklam edən “Les Marins” kolleksiyasının siması olub.
Nümayişdə şəffaf toplar, dənizçi kostyumları, dəniz printli bodlilər, dəniz düyünləri şəklində aksessuarlar, eləcə də müxtəlif bandanalar və papaqlar sərgilənib.
Bella Hadid dənizçiləri tək bir baxışı ilə öz təsirinə salan “su pərisi” rolunu oynayıb. O, həmçinin balıqçı qadınlar geyimində və okeanların hökmdarı obrazında da çıxış edib.
Посмотреть эту публикацию в InstagramDigər xəbərlər