Xalq artisti Bilal Əliyev “ATV maqazin” verilişinə müsahibə verib.
Oxu.Az xəbər verir ki, o, ingilis dilində danışmağı öyrənəcəyini və yeni toy qiymətini açıqlayıb:
“İngilis dilində 15 mahnı üzərində çalışıram. Londonda ingilis dili kursu keçəcəm. Toy və konsert qiymətim 10 dəfə artıb, artıq 1 milyona gedirəm. Savadı olmayan, not bilməyən insanlar xaricdən gəlib 3-4 milyon aparır. Bizim kimi oxuyanların qəpik-quruşa toya getməyi günah deyil?”.