“Binnaz” mahnısı ilə məşhur olan bolqar əsilli türkiyəli müğənni Ciquli dünyasını dəyişib.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, ötən gecə Bolqarıstanda ürək əməliyyatı olunduğu xəstəxanada dünyasını dəyişib.
Ciqulinin ölümünə səbəb kimi aldığı narkozdan sonra komaya düşməsi və ayılmaması göstərilir.