“Plus-size” model Eşli Qrem “Barbi” gəlinciyinin prototipi olub.
Oxu.Az bu barədə “Yahoo News”a istinadən xəbər verir.
Model oyuncağı “Glamour” jurnalının illik “Women of the Year” (“İlin qadını”) mükafatında təqdim edib.
29 yaşlı Qrem bildirib ki, “Eşli-Barbi”nin xarici görünüşü üzərində aparılan işi şəxsən izləyib. Gəlinciyin bədən quruluşunun onda olduğu kimi həcmli olmasının vacib olduğunu vurğulayıb.
O, hətta gəlinciyin inandırıcı görünməsi üçün selülitlə təchiz etməyi xahiş etdiyini də bildirib, amma istehsalçılar bunun mümkün olmadığın deyiblər.
Gəlincik üçün Qremin bir tədbirə qatılarkən geyiminə bənzər geyim də hazırlayıblar, bura “Opening Ceremony” libası, “Sonia Rykiel” cins jaketi, “Pierre Hardy” batilyonları daxildir.
“Biz gözəllik haqqında qlobal təsəvvürü dəyişmək üçün bir yerdə işləməliyik. “Barbi”nin istehsalçılarının sərhədləri genişləndirən qadınları dəstəklədikləri üçün sevindiyini bildirib. Plastikdə əbədiləşdirmək böyük şərəfdir”, - deyə Qrem bildirib.
A.S.
www.oxu.az