Xalq artisti Brilliant Dadaşova açıq-saçıq fotolarından danışıb.
Oxu.Az xəbər verir ki, müğənni həmin şəkilləri haqqında gəzən söz-söhbətlərə Facebook vasitəsilə cavab verib:
“Vay, xalq artistinin də ayağı var imiş. O da Maldivdə 60 dərəcə istidə, həm də dəniz kənarında torpağın üstündə qısa paltarda telefonuna şəkil çəkdirə bilərmiş. Olmazdı ki, “periferiyadan” gəlib Maldivdəkilərə mədəniyyət öyrədərdi. Biabırçılıq... Əzizlərim, vaxt gələcək, 21-ci əsrin sonunda sizin övladlarınız açıq-saçıq geyim anlayışınıza güləcəklər. Sizin “açıq-saçıq” anlayışınıza quzu kəsərəm”.