Xalq artisti Brilliant Dadaşova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
Oxu.Az xəbər verir ki, Dadaşova sosial şəbəkə hesabında cazmen Stanislav Pinxasovla görüntülərini yayımlayıb.
Sənətçi bildirib ki, musiqiçi ilə olan videosu onun Moskvadakı konsert zamanı lentə alınıb.
İfaçı musiqili proqramın görüntülərini ala bilmədiyini, bu videonun isə telefonla çəkildiyini qeyd edib:
“Moskvada yaşayan və musiqimizə rəğbət bəsləyən cazmen Stanislav Pinxasovla Moskva konsertimdə ekspromt... O, heyranım olduğunu deyib, məni müşayiət etməyi xahiş etdi. Mən də məmnuniyyətlə ifa etdim. Heyif ki, Moskva konsertimdən görüntüləri bizə vermədilər və əlimizdə sadəcə telefonla çəkilən görüntü var. Halbuki, yaradıcı heyətdən ibarət çəkiliş qrupu çalışırdı. Qonorarlarını da təşkilatçı xanıma yolladım, amma xəbər çıxmadı ki, çıxmadı”.
Sözügedən paylaşımı təqdim edirik: