Xalq artisti Brilyant Dadaşova və Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva mükafata layiq görülüblər.
Oxu.Az xəbər verir ki, model “Türkiyə Azərbaycan adına sənət səfiri”, B.Dadaşova isə “Türk Musiqi Birliyi” nominasiyasında mükafatlandırılıb. Hər iki xanım bu barədə İnstaqram səhifəsində məlumat verib.
Aytən Sadıqzadə
www.oxu.az