Xalq artistinin evinin görüntüləri yayılıb.
Oxu.Az Gecce.az-a istinadla xəbər verir ki, fanatlarının göndərdiyi hədiyyələri qəbul edən ifaçı, təşəkkürünü bildirmək üçün fotoları çəkib, onlarla paylaşıb.
Şəxsi malikanəsində görüntülənən xanım Dadaşovanın divarındakı portretlər də diqqətdən yayınmayıb. Öz şəkillərini böyüdüb, divardan asan Brilyant Dadaşova, görünür, elə ən böyük fanatı da özüdür.