Xalq artisti Brilyant Dadaşova bəstəkar Fikrət Əmirovun “Neyləmişəm” mahnısını Türkiyədə işıq üzü görən yeni albomuna daxil edib.
Oxu.Az publika.az-a istinadən xəbər verir ki, sənətçi xalq artisti İlhamə Quliyevanın qadağasına baxmayaraq, həmin mahnını ANS-in efirində də oxuyub.
Qeyd edək ki, primadonna həmkarına bu mahnını oxumağa qadağa qoyub, Brilyant Dadaşovanın bu mahnını efirdə ifa edəcəyi halda onu məhkəməyə verəcəyini bildirib.
Xatırladaq ki, mahnının varisi, Fikrət Əmirovun oğlu Cəmil Əmirov müsahibəsində atasının “Neyləmişəm” mahnısını oxuması üçün Brilyant Dadaşovaya icazə verdiyini demişdi.