Avtomobili yüksək sürətlə idarə edənlər, camaatın dili ilə desək, yollarda “avtoş”luq edənlər digər insanların həyatını təhlükə altına atırlar.
Oxu.Az xəbər verir ki, bu dəfə sosial şəbəkədə müğənni Kərim Abbasovun avtomobilini yüksək sürətlə idarə etməsini əks etdirən video-görüntü yayılıb. Müğənni avtomobilini saatda 210 km sürətlə idarə edir.
İfaçı bu hərəkətinə “Ulduz oldun belədir. 200-lə getmək lazımdır” deyib.