Azərbaycanın populyar müğənnisi Safura Əlizadə sosial şəbəkələrdə bu gün toyunun olduğunu yazıb.
Oxu.Az xəbər verir ki, müğənni hazırda ailəsi ilə Bodrumda olduğunu bildirib.
“Bu gün mən ərə gedirəm. Çox xoşbəxtəm. Hamınızı sevir və öpürəm” – deyə, o yazıb.
Qeyd edək ki, S.Əlizadə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə qurur. Fərhad Əliyev buna qədər artıq bir dəfə ailəli olub.