Türkiyənin divası Bülent Ersoy ada almağa hazırlaşır.
Oxu.Az Türkiyə mediasına istinadla xəbər verir ki, sənətçi 25 milyonluq adanı Yunanıstandan alacaq.
“Mən Yunanıstanı çox xoşlayıram. Uzun zamandır ada almağı xəyal edirdim. İndi bir iş adamı Yunanıstandakı adasını satır. 25 milyon avroya razılaşdıq. Orada istədiyim kimi tətil edəcəyəm. Mayolu, bikinili, çılpaq çəkilmə qorxusu yoxdur”.
Daha sonra Ersoy “Memar tutub əla bir ev də tikdirəcəyəm” deyib.
Aytən Sadıqzadə
www.oxu.az