Uzun müddətdən sonra yenidən kinoteatra gedən Türkiyənin divası Bülent Ersoy, “Annem” filmində göz yaşlarına hakim ola bilməyib.
Danışmaqda çətinliklik çəkən Ersoy, “Ana olmadığım halda filmdəkiləri hiss etdim” deyib.
Oxu.Az “Uçan Kuş”a istinadən xəbər verir ki, ekran əsərini filmin rejissoru Mustafa Kotan ilə birgə izləyən müğənni sonda kədərini saxlaya bilməyib.
“Analığı dərk etmək üçün, o hissi yaşamaq lazımdır. Mən ana olmadığım halda belə onu hiss etdim. Övladın səhvlərinə rəğmən, ananın övladına sahib çıxması duyğulandırdı”.
Ekran əsərinin rejissoruna müraciət edərək sözlərinə davam edən Ersoy “Çox gözəl çəkmisən. Xanım aktrisa da ana obrazını çox gözəl canlandırıb”, - deyib.
Ağlamaqdan süni kirpikləri düşən sənətçinin “Yanıma yapışdırıcı da almamışam. Nə biləydim ki, belə olacaq. Mən filmi meymun kimi oturub, seyr edəcəyimi düşünmüşdüm. Belə bir şeylə qarşılaşacağımı zənn etməmişdim. Pulumla ağlamağa gəlmişəm. 50 ildir ki, kinoteatra film izləməyə getməmişəm. İnanın, bilsəydim, gəlməzdim. Analıq çox önəmli, ana çox önəmlidir. O anaların ayaqlarını öpmək lazımdır”, - deyə fikirləri bölüşüb.
Посмотреть эту публикацию в Instagram"Bülent Ersoy" teqi üzrə xəbərlər
- Antalyada yanğın Bülent Ersoyun villasına çatdı: İfaçı təxliyə edildi
- Bülent Ersoyun meneceri azərbaycanlı iş adamını aldatdı: 6 milyon dollar aldı
- Bülent Ersoyun həyatından bəhs edən filmin hazırlıqlarına başlandı - FOTO
- Stilist Anar Ağakişiyev Aygün Kazımovanı təhqir etdi - FOTO/VİDEO
- Bülent Ersoyun son halı heyrətləndirdi: Diva tanınmaz hala düşdü - FOTO
Digər xəbərlər