Türkiyəli müğənni Bülent Ersoy üçüncü dəfə ərə getməyə hazırlaşır.
Oxu.Az-ın Türkiyə mətbuatına istinadla məlumatına görə, bu barədə Oya Aydoğan “Söylemezsem olmaz” proqramında məlumat verib.
“Ola bilsin ki, Bülent hazırda gəlinlik tikdirir. Yaraşıqlı bir gənclə eşq yaşadığını və evlilik hazırlıqlarına başladığını dəqiq bilirəm. Bülent ağlında olan gəlinliyi tapmaq üçün dərziləri gəzir”,-deyə O.Aydoğan bildirib.
Qeyd edək ki, B. Ersoy 2 dəfə evli olub. İlk dəfə 1998-ci ildə 20 yaşlı Cem Adler ilə evlənib.

2007-ci ildə Armağan Uzun ilə ailə qurub, 4 aydan sonra boşanıb.

O, sonuncu dəfə özündən 38 yaş kiçik sevgilisi Berk Yılmaz ilə eşq yaşayıb.
