Türkiyənin divası Bülent Ersoy İstanbulun gecə həyatının məşhur məkanlarından olan “Chanta”nın birinci ildönümündə səhnədə çıxış edib.
Oxu.Az xəbər verir ki, qırmızı saçları, makiyajı və aksesuarları ilə diqqət çəkən diva Lady Gagaya bənzədilib.
Müğənni jurnalistlərin bənzətmə ilə bağlı suallarına dırnaqlarını göstərərək “Gaga 28 yaşındadır. Mən bu dırnaq modelini 15 ildir ki, edirəm. Gaga hələ evcik oynayanda mənim dırnaqlarım belə idi”,- deyə cavab verib.
Aytən Sadıqzadə