Burcu Esmersoy 1997-ci ildə Çağla Şikellə birgə qatıldıqları “Miss Turkey” gözəllik müsabiqəsi haqqında danışıb.
Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Çağla Şikelin “Yarışmada çox əzik idik” açıqlamasına Esmersoy “Əzik deyildik, ağlı havada, gəzməyə gələn qızlar idik. Aralarında ən qısa boylusu mən idim. Məndən heç cacıq da olmaz deyərək, sadəcə əylənməyə gəlmişdim”,- deyə şərh verib.
Qeyd edək ki, “Miss Turkey-1997” yarışmasında Çağla Şikel birinci, Burcu Esmersoy isə dördüncü olmuşdu.
Aytən Sadıqzadə