Xalq artisti Ramiz Novruzun oğlu, aktyor Cavidan Novruz “TikTok”da canlı yayıma girən və oyunlara qoşulan sənət adamlarını tənqid edib.
Oxu.Az xəbər verir ki, bu barədə Cavidan “Fatehin divanı” verilişində qonaq olarkən danışıb.
“TikTok”da oturmağı özünə yaraşdırmayan aktyor pula görə yarışanları “dilənçi” adlandırıb:
“TikTok”da yoxam. Tanınan adam, sima canlı yayımda oturub, tamaşaçıdan nəsə dilənməməlidir. Azərbaycanda bu sosial şəbəkə bunun üçündür. Tanınmış adam əlçatmaz zirvədir. Bəzən elə hərəkət edirlər ki, deyirsən onu elə uzaqdan tanımaq yaxşıdır. Məni cəlb ediblər, amma demişəm bacarmaram. Oturub saqqız çeynəyə-çeynəyə “filankəs filan şey göndərin” deyə bilmərəm. Bu, biabırçılıqdır”.
Sözügedən videonu təqdim edirik:
Dilşad Bəhruzqızı