“Miss High Life”, “Miss Rixos” və “Miss Cosmopolitan” müsabiqələrinin qalibi, model Ramina Abbasova yeni fotosessiyaya çəkilib.
Oxu.Az xəbər verir ki, model qurbanlarını vəhşicəsinə öldürən qaniçən və cazibədar tibb bacısı obrazını yaradıb. İdeya Amerikanın “Nurse 3D” və “Kill Bill” filmlərindən götürülüb. Tibb bacısının qurbanlarının obrazlarını tanınmış modellər Pərviz Əliyev və Fərhad Nəzərov yaradıblar.
Çəkiliş “Beauty 32” klinikasında aparılıb. Layihənin stilisti Sabir, fotoqrafı Ruslan Teymurfulatovdur.
Aytən Sadıqzadə
www.oxu.az