Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Celine Dion 2024-cü ilin aprel ayına qədər konsertlərini ləğv etdi
Müğənni Selin Dion səhhətindəki problemlərə görə 2024-cü ilin aprelinə qədər Avropada nəzərdə tutulan konsertlərini ləğv edib.
“Çıxış etmək üçün güc tapmağa çalışdım, lakin qastrol mənim üçün çox çətin ola bilər. Onları səhnəyə çıxa biləcəyim ana qədər təxirə salsaq, daha yaxşı olar”, - deyə məşhur müğənni bildirib.
Bildirilir ki, 40-a yaxın konsertin ləğvi müalicə kursu keçmək zərurəti ilə bağlıdır. Müğənninin növbəti çıxışı sentyabrın 1-də Parisdə planlaşdırılmışdı.
Qeyd edək ki, 2022-ci ilin dekabrında o, 2023-cü ilin iyul ayına qədər planlaşdırılan konsertlərini ləğv etmişdi.
Dionun sonuncu konserti 2020-ci ilin martında ABŞ-də baş tutmuşdu. Sonrakı çıxışları koronavirus pandemiyası səbəbindən ləğv edilib.
Mənbə: France Info
Rəylər