“O səs Türkiyə”nin növbəti buraxılışında Cənubi Azərbaycandan olan İbrahim Purkazemi adlı iştirakçı çıxış edib.
Oxu.Az xəbər verir ki, o, “Ayrılıq” mahnısını ifa edib.
Münsiflərdən Ebru Gündeş, Murad Boz, Gökhan-Hakan Ozoğuz ona tərəf dönüb.
M.Boz İ.Purkazeminin çıxışını o qədər bəyənib ki, mahnını ikinci dəfə onunla duet şəklində səsləndirib.
İbrahim Purkazemi sonda Gökhan-Hakan qardaşlarını seçib.