Ceyden Smit “Louis Vuitton” kampaniyasının ulduzu olub.
Oxu.Az xəbər verir ki, Uill Smitin 17 yaşlı oğlunun ətəkli fotolarını brendin bədii direktoru Nikolya Gesker öz İnstagram səhifəsində paylaşıb.

Modelyer şəkillərə “Ceyden Smit yeni Yaz-Yay 2016 reklam kampaniyasında” şərhini yazıb.
Reklam kampaniyasında Sara Brannon, Rianna van Rompey və Cinn Kempbell çəkiliblər.

Çəkiliş iştirakçıları urbanistik mənzərə fonunda Ceyden ilə bərabər qara dəri ətəkdədirlər.
Gənc aktyor qadın qarderobunun əşyası olan ətəyi enli maykalar, pencəklər və qalın gödəkçələr ilə uyğunlaşdırıb.

Qeyd edək ki, Ceyden əvvəllər ətəkdə kütlə qarşısına çıxmayıb.
Aytən Sadıqzadə
www.oxu.az