“Bu şəhərdə”nin aktyoru Coşqun Rəhimov qızını gəlin köçürüb.
Oxu.Az xəbər verir ki, toy mərasimində ölkəmizin tanınmış simaları da iştirak edib. Onlar arasında xalq artistləri İlhamə Quliyeva, Firəngiz Mütəllimova, əməkdar artistlər Sənubər İsgəndərli, Vəfa Zeynalova, müğənnilər Rüfət Axundov, Xatirə İslam, rəqqasə Fatimə, müğənni Gülay və həyat yoldaşı, məşqçi Kamil Zeynallı və başqaları olub.
Qeyd edək ki, toy mərasimi mediaya qapalı şəkildə keçib.
Toydan olan fotoları təqdim edirik: