Xəzər telekanalında yayımlanan “5/5” verilişinin qonağı olan Günay Novruzqızı maraqlı açıqlamalar verib.
Oxu.Az gecce.az-a istinadən xəbər verir ki, canlı efirdə qonaq olan “Səda” informasiya proqramının keçmiş aparıcısı Günay Novruzqızı televiziyadan ayrılma səbəbini açıqlayıb.
“Sadəcə olaraq son günlər efirdə özümü, öz yerimdə hiss etmirdim. Buna görə də qərar verib, televiziyadan ayrıldım. Xəbərlərdə mənə çox şeyə imkan yaradılmadı. Düzdür, mən tək xəbər yox, şou proqramlarını da aparmışam. Xəbərlərdə çalışanda da dövlət konsertlərinin aparıcısı olmuşam. Amma mənə daha çox xəbər aparıcısı olmaq yaraşırdı”.