Bəstəkar Sədaqət Arifqızının başına iş gəlib.
Oxu.Az ATVxəbər.az-a istinadla bildirir ki, “Düzünü desək” verilişində qonaq olan bəstəkar nəvəsinin dayəsi barədə şok faktlar açıqlayıb:
“Kiçik qızımın övladı üçün dayə tutduq. Mən Türkiyədə olan zaman qızım 50 illik rəfiqəmin dayısı arvadını onun məsləhəti ilə dayə tutub. Çox dindar qadın idi. Gələn kimi ilk sözü bu oldu ki, mən namazımı harada qılacam? Mənim yanımda uşaqla çox yaxşı idi. Ancaq intuisiyam məni yanıltmır heç vaxt... Dedim gəl diktafon qoyaq, yoxlayaq bir görək, biz olmayanda bu uşaqla necə davranır. Uşaq çox arıqlamışdı, onu görəndə ağlayırdı. Qoyduq diktafon və şoka düşdük. Qızım axşam zəng etdi ki, mama qorxduğum başıma gəldi. Uşağa zəlil olasan, zəhrimar, azzar deyirdi, qarğış edirdi. Nəyisə vururdu çox pis səslər gəlirdi evdən.. Uşaq ağlamırdı, amma içini çəkirdi, elə bil nəfəsi gedirdi. Zəng edib, dayəni biabır etdim. Şəkərim qalxdı 400-ə. Ölürdüm. Dayəni işdən azad etdik, indi başqa çox yaxşı bir xanım uşağa baxır. Amma indi də uşaqda o qorxu qalıb. Həkim deyir heç bir xəstəliyi yoxdur, amma canında qorxu hissi hələ də qalıb”.