Hollivudun məşhur siması, aktrisa Demi Murun Los Ancelesdəki evinin arxa həyətindəki hovuzda bir kişi cəsədi tapılıb.
Oxu.Az-ın xarici mediaya istinadla məlumatına görə, cəsədin 21 yaşındakı bir kişiyə aid olduğu və boğularaq öldüyü bildirilir.
Ölən adamın şəxsiyyəti isə hələ açıqlanmayıb. 52 yaşındakı Demi Murun hadisə anında şəhərdən kənarda olduğu məlum olub.
Qonşular Mur evdə olmadığı müddət ərzində villanın aktrisanın övladları tərəfindən istifadə edildiyini və hər gün hovuzda parti verdiyini söyləyiblər.
Qeyd edək ki, Demi Murun Brus Uillislə olan ilk evliliyindən yaşları 21 ilə 26 arasında dəyişən üç övladı var.
Aytən Sadıqzadə
www.oxu.az