Hollivud ulduzu Demi Murla Brus Uillisin kiçik qızı Tallulah Nyu-York küçəsində biabır olub.
Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, qara rəngli mini libas geyinən Tallulah paparassilərdən qaçmaq istəyərkən pis vəziyyətə düşüb. Hava küləkli olduğundan onu libası yuxarı qalxaraq alt geyimi görünüb. O, heç nə olmamış kimi gülümsəyərək yoluna davam edib.