Azərbaycanın “Eurovision-2014” təmsilçisi Dilarə Kazımovanın Avropa promo-turu çərçivəsində səfər etdiyi növbəti ölkə Gürcüstan oldu.
Oxu.Az xəbər verir ki, aprelin 22-də baş tutan səfərdə Dilarə Kazımova Gürcüstanda bir neçə telekanalın qonağı olub. Daha sonra xanım müğənni radiostansiyaların, qəzet və jurnalların təmsilçiləri ilə görüşüb.
Səfər çərçivəsində təmsilçimiz Gürcüstanın “Eurovision 2014”-dəki iştirakçısı Mariko Ebralidze ilə görüşüb.
Dilarə Kazımova aprelin 25-də Maltaya da səfər edəcək.
Qeyd edək ki, Azərbaycan təmsilçisi “Start a Fire” mahnısını Kopenhagendə mayın 6-da “Eurovision-2014” müsabiqəsinin birinci yarımfinalında 8-ci nömrə altında təqdim edəcək.
Aytən Sadıqzadə
www.oxu.az