Azərbaycanı təmsil edən Dilarə Kazımova “Eurovision Next Top Model 2014”-ün yarımfinal mərhələsində dördüncü yerə sahib olub.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bir ay ərzində aparılan səsvermə nəticəsində Dilarə Kazımova 1,291 (6%) səs toplayaraq dördüncü yerə sahib olub.
“Eurovision Next Top Model 2014” final mərhələsi isə aprelin 21-də başlayıb və “Eurovision”un final mərhələsi başa çatdıqdan bir həftə sonra bitəcək.
“Eurovision Next Top Model 2014” yarımfinalçılarının siyahısını təqdim edirik:
1. Ukrayna, Maria Yaremchuk: 6,070 səs, 31,28%
2. Rumıniya, Paula Seling: 3770 səs, 19,43%
3. İrlandiya, Kasey Smith: 1,424 səs, 7,34%
4. Azərbaycan, Dilarə Kazımova: 1,291 səs, 6,65%
5. İtaliya Emma Marrone: 935 səs, 4,82%