Azərbaycanın “Eurovision-2014” təmsilçisi Dilarə Kazımova aprelin 25-də Maltaya yola düşəcək.
Oxu.Az xəbər verir ki, bu, onun promo-turu çərçivəsində Avropa ölkələrinə səfər edəcəyi sonuncu ölkədir.
O, ölkənin populyar TVPM və “Xarabank” teleşoularında iştirak edəcək və “Start a Fire” mahnısını təqdim edəcək.
Daha sonra “Magic Radio” və “Radio Malta” efirlərində qonaq olacaq.
Qeyd edək ki, Dilarə Kazımova “Start a Fire” mahnısını mayın 6-da Kopenhagendə “Eurovision-2014” müsabiqəsinin birinci yarımfinalında 8-ci nömrə altında təqdim edəcək.