Müğənni Doğuş, həyat yoldaşı azərbaycanlı aparıcı Xoşqədəm Hidayətqızı, övladları Arda və Arınla birlikdə Bebek Parkında kameraların obyektivinə tuş gəlib.
Bu barədə “Milliyet” məlumat yayıb.
Bu il istirahət üçün çox imkanları olmadığını söyləyən müğənni ailəsi ilə birlikdə gəzintiyə çıxdıqlarını söyləyib.
Doğuş həmçinin ailəsi ilə bağlı da açıqlama verib:
“Uşaqları çox sevdiyim halda bir müddət ata olmağı ağlımdan çıxartmışdım. Bu xoşagəlməz dünyaya övlad gətirmək çox çətin gəlirdi, ancaq şükürlər olsun ki, əvvəla aslan kimi bir həyat yoldaşım oldu. O, məni razı saldı”.
Müğənni həmçinin bir neçə gün sonra Azərbaycana qayıdacaqlarını da qeyd edib.