Lanky Yankee 2.13 sm-lik boyu ilə dünyanın ən hündürboylu modeli rekordunu qırıb.
Oxu.Az əcnəbi mətbuata istinadla xəbər verir ki, Amazon Eve ləqəbli model boyuna uyğun kişi tapa bilməməsindən şikayətlənir. Eve “Məndən hündür kişilərin sayı o qədər azdır ki, indiyədək sadəcə 6 oğlan dostum olub”- deyir.
31 yaşlı kaliforniyalı model hündürboylu olmasına baxmayaraq dikdaban ayaqqabı geyinmədən evdən bayıra çıxmır.
Aytən Sadıqzadə
www.oxu.az