Müğənni Ebru Gündeş ötən gün “Eurovision 2015” mahnı müsabiqəsində ölkəmizi təmsil edərək finala vəsiqə qazanan Elnur Hüseynovdan yazıb.
Oxu.Az xəbər verir ki, o, İnstaqram hesabında Elnurun müsabiqədəki çıxışından foto paylaşaraq ona dəstək olduğunu vurğulayıb:
“Alqışlar Elnur Hüseynovadır. Böyük səs, inşallah uğurlarının davamı olacaq. Mikrofonun haqqını verən səs...”.
Xatırladırıq ki, “O səs Türkiyə - 2015” mahnı müsabiqəsinin qalibi olan Elnur Hüseynov Ebru Gündeşin komandasında mübarizə aparırdı.

Aytən Sadıqzadə
www.oxu.az