“O səs Türkiyə” müsabiqəsində qalmaqallı anlar yaşanıb.
Oxu.Az xəbər verir ki, Türkiyənin məşhur müğənnisi “Rüşvət qalmaqalı” əməliyyatında həbs olunan azərbaycanlı iş adamı Rza Zərrabın həyat yoldaşı Ebru Gündeş, müsabiqədəki son hərəkətləri ilə sosial şəbəkələrin diqqət mərkəzində olub.
Ebru Gündeş bir neçə gün bundan əvvəl müsabiqənin gedişatı zamanı İstanbul ermənisi olan Corc Şakeri səhnədən uzaqlaşdırıb.
Erməni iştirakçı, “Son səyahətçi” mahnısını ifa etdikdən sonra mahnı ətrafında müzakirələr başlayıb.
E.Gündeş, müzakirələrin sonunda erməninin mahnını zəif oxuduğunu deyərək, müsabiqədən çıxarılmasını tələb edib.
Münsiflər heyətinin digər üzvləri də müğənninin tələbi ilə erməni iştirakçını müsabiqədən kənarlaşdırıb.
Aytən Sadıqzadə
www.oxu.az